Modern.az

İşdən çıxarılan 14 məktəb direktorunun adı açıqlanıb (SİYAHI)

İşdən çıxarılan 14 məktəb direktorunun adı açıqlanıb (SİYAHI)

15 Sentyabr 2011, 12:07

Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra bütün sahələrdə olduğu kimi, təhsildə də 65 yaşa çatmış işçilər ixtisar edilir. Bir neçə gün öncə Sumqayıt şəhərində yaşı 65-dən yuxarı olan 11 ümumtəhsil müəssisəsinin direktoru təqaüdə göndərilib. Gəncə şəhərində isə 3 belə direktor vəzifədən çıxarılıb.

Modern.az saytı Sumqayıt şəhər Təhsil Şöbəsindən və Gəncə şəhər Təhsil İdarəsindən işdən çıxarılan direktorların adlarını və onların hansı məktəblərdə çalışdıqlarını dəqiqləşdirib.

Sumqayıtda təqaüdə göndərilən məktəb direktorları aşağıdakılardır.

Lətifə Cabbarova - 1 saylı məktəb;
Sevil Kamilova  - 9 saylı məktəb;
Məhərrəm Məmmədov - 13 saylı məktəb;
Minarə Tahirova - Texniki Təbiət Elmləri Liseyi;
Tofiq Məmmədov, OÜM;
Məhəmməd Süleymanov – Futbol təmayüllü məktəb;
Vələt Hacıyev -  28 saylı məktəb;
Əvəz Mahmudov - 25 saylı məktəb;
Ağabala - Ağabalayev - Məktəbdənkənar müəssisə;
Elbrus Abdulkərimov - Məktəbdənkənar müəssisə.

Gəncə şəhər Təhsil İdarəsinin direktor müavini İsmayıl İsmayılovun Modern.az saytına işdən çıxarlıan direktorların aşağıdakılar olduğunu deyib:

Gəncə şəhər 1 saylı orta məktəbin direktoru Nüsəddin Məmmədov;
Gəncə şəhər 14 saylı orta məktəbin direktoru Tamara Xəlilova;
1 saylı futbol təmayüllü internat tipli gimnaziyanın direktoru Ələddin Bağırov.

Aytən Əliyeva 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu