Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib

Təhsil

15 Sentyabr 2011, 13:18

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qondarma seçkilərlə bağlı bəyanat yayıb.

XİN-in bəyanatında qeyd olunur ki, Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünüidarəetmə orqanlarına”  “seçkilər” keçirmək nəzərdə tutulub.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim Ermənistan tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur.

Qondarma “seçkilər” Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.

“Azərbaycan Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır”- deyə bəyanatda qeyd olunur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...