Modern.az

Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Təhsil

15 Sentyabr 2011, 13:43

Sabah Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək. 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq. 

Rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək. 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişli hava şəraiti sayıla bilər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...