“ABŞ Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozaraq, tarxidə ən böyük ticarət müharibəsinə başlayıb. Çindən gətirilən mallara 25%-lik gömrük rüsumu tətbiq edib”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin yaydığı açıqlamada deyilir.
Nazirliyin rəsmi nümayəndəsi Qao Fen 25%-lik rüsumların 34 milyard dollar məbləğində olan ixrac məhsullarına şamil edildiyini deyib. O, Çinin cavab addımı atacağını söyləyib.
“Çin heç vaxt ilk zərbəni endirməməyi qərara alıb, amma Çin xalqı və dövlətinin mənafelərini təmin etmək üçün əks addımlar atmalı olacağıq”.