Modern.az

Jalə Əliyeva: “Tarixdə o xalqlar qalibdirlər ki, öz mədəniyyətinə, dilinə, dininə, mənəviyyatına bağlı olublar”

Jalə Əliyeva: “Tarixdə o xalqlar qalibdirlər ki, öz mədəniyyətinə, dilinə, dininə, mənəviyyatına bağlı olublar”

Təhsil

15 Sentyabr 2011, 15:32

Zərdabın deputatı Jalə Əliyevabu bu gün rayonun Ağabağı kəndində yeni tikilmiş 4 illik məktəbin açılışında iştirak edib.

Deputat çıxışı zamanı deyib ki, uşaqlar ilk gündən Vətən, torpaq sevgisi ilə böyüdülməlidir. Valideynlər isə bu məsələni yalnız məktəbdən gözləməməlidirlər.
“Tarixdə o xalqlar həmişə qalib olublar ki, öz mədəniyyətinə, dilinə, dininə, mənəviyyatına bağlı olublar. Belə olan halda bütün problemlərimizi aradan qaldıra bilərik. Hər kəs əsl Vətəndaş mövqeyində olmalıdır”

Deputatın qərargahından Modern.az-a bildirilib ki, bu məktəb ötən il Kür daşqınları zamanı tamamilə dağılmışdı.

Eyni zamanda rayonda iki kənddə- Pərvanlı və Vəlağacıda on bir illik məktəblərin təməli qoyulub.

Rayonun kanalizasiya sistemi qurulur və 2013-cü ilə qədər başa çatacaq.

Rayonun yolları da abadlaşdırılır. Sonra deputat seçicilərlə görüşə başlayıb.



Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...