Taylandın Pxuket adası sahillərində baş vermiş gəmi qəzasında ölənlərin sayı artıb.
Modern.az The Nation nəşrinə istindən xəbər verir ki, hazırda dənizdən 18 nəfərin cəsədi çıxarılıb, daha 39 nəfər isə itkin düşmüş hesab edilir.
The Bangkok Post nəşrinin məlumatına görə isə Phoenix gəmisində 12 heyət üzvü və 93 sərnişin olmaqla cəmi 105 nəfər olub. Xilasedicilər onlarda 48 nəfərinin həyatını qurtara biliblər.
Qeyd edək ki, iyulun 5-də Pxuket adası sahillərində birində 97, digərində isə 39 nəfər olan iki gəminin batdığı barədə məlumat verilib. Xilas edicilər 90 nəfəri xilas edə biliblər, qalan 46 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılıb.
Əvəz ZEYNALOV