Modern.az

Putin Trampla nə haqda danışacaq? - Kremldəki mənbə hər şeyi AÇIQLADI

Putin Trampla nə haqda danışacaq? - Kremldəki mənbə hər şeyi AÇIQLADI

6 İyul 2018, 13:55

İyulun 16-da Helsinkidə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

 

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Kremldəki yüksəsk vəzifəli məmur görüşün əsas mövzusunun İran qoşunlarının Suriyadan çıxarılması olacağını bildirib.

 

Mənbənin sözlərinə görə, İsrail və ABŞ Suriyanın cənubundan İran qüvvələrinin çıxarılmasını və Əsəd qoşunları ilə əvəzlənməsini istəyir. Moskva bu təkliflə razı olsa da, Tehranı buna razı salmağa çalışdığı da xəbərlər arasındadır.

 

Trampın Putinlə razılıq əsasında ABŞ qoşunlarını Suriyadan çıxarmaq istədiyi və regionu Suriya hökumət qüvvələruinə təhvil verməyi planlaşdırdığı Kremldəki mənbənin verdiyi məlumatda qeyd olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU