Modern.az

Gürcüstanın müdafiə naziri Əfqanıstanda olarkən hərbi baza hücuma məruz qalıb

Gürcüstanın müdafiə naziri Əfqanıstanda olarkən hərbi baza hücuma məruz qalıb

6 İyul 2018, 18:30

Gürcüstanın müdafiə naziri Levan İzoriya Əfqanıstanda səfərdəykən onun ziyarət etdiyi hərbi bazaya hücum olub.

Modern.az  xəbər verir ki, məlumatı ölkə Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Almaniya Silahlı Qüvvələrinin nümayəndəsi də onunla birlikdə həmin hərbi bazada olub. Levan İzoriya Gürcüstan Silahlı Qüvvələrinin 4-cü mexanikləşdirilmiş briqadasının hərbçiləri ilə görüşüb. Bu briqada “Qətiyyətli dəstək” missiyası çərçivəsində cari ilin yanvarından Əfqanıstanda xidmət edir.

“Müdafiə naziri Əfqanıstanda Gürcüstan tağımı ilə görüşdən sonra Qunduzdakı hərbi bazaya iki atəş açılıb. Mərmilər bazanın yaxınlığına düşüb. Heç kim xəsarət almayıb”, - Müdafiə Nazirliyindən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU