Rusiya ABŞ-ın polad və alüminiumla bağlı əlavə rüsumların tətbiq edilməsi qərarına adekvat cavab verib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyinin açıqlamasında ABŞ-dan idxal edilən bəzi tikinti və texniki materiallara 25-30 faiz həcmində vergi tətbiq ediləcəyi bildirilib.
İqtisadiyyat naziri Maksik Oreşkin vurğulayıb ki, ABŞ-ın əlavə rüsum tətbiqindən sonra rusiyalı ixracatçılara dəyən zərərin miqdarı 537,6 milyon dollardır: “Bizim tətbiq etdiyimiz rüsumlar 87,6 milyon dollar həcmində zərəri aradan qaldırmağa yardım edəcək”.