Modern.az

Ərdoğanın andiçmə tarixi AÇIQLANDI - 22 ölkə başçısı Ankaraya gedir

Ərdoğanın andiçmə tarixi AÇIQLANDI - 22 ölkə başçısı Ankaraya gedir

7 İyul 2018, 13:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasiminin və Nazirlər Kabinetinin ilk iclasının vaxtı açıqlanıb.

 

Modern.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, andiçmə mərasiminin iyulun 9-da, kabinetin ilk iclasının isə iyulun 13-də baş tutacağını bildirilib.

Ərdoğan seçkilərdən sonra ilk dəfə AK parti qrup toplantısında çıxış edərək and içmə mərasiminə 22 ölkə başçısının, o cümlədən 17 baş nazirin qatılacağını qeyd edib.

 

Andiçmə mərasimindən sonra həmin gün saat 21-də isə yeni kabinetin üzvlərinin adları açıqlanacaq.

İyulun 13-də isə Nazirlər Kabinetinin yeni hökumətdə ilk iclası keçiriləcək.

 

Andiçmə gününün sabahı - yəni iyulun 10-da Türkiyə prezidenti ilk xarici səfərini Azərbaycana və Şimali Kıpr Türk Respublikasına edəcəyini bəyan edib.

 

“Bizə yorğun deyənlərin, bizim necə idmançı olduğumuzdan xəbərləri yoxdur” - Ərdoğan bildirib.

Qeyd edək ki, parlament sisteminin son baş naziri olan Binəli Yıldırım Ərdoğanın çıxışından sonra ondan halallıq istəyib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU