“Bloomberg” agentliyi dünya zənginlərinin yeni reytinqini tərtib edib.
Modern.az agentliyə istinadən xəbər verir ki, Facebook-un yaradıcısı Mark Zukerberq sərvətini xeyli artıraraq 81,6 milyard dollarla planetin ən varlı üçüncü şəxsinə çevrilib.
İyulun 7-nə olan ən son maliyyə informasiyasına əsasən, Amazon şirkərinin prezidenti Ceg Bezos 142 milyard dollar sərvətlə ilk pillədə qərarlaşıb. Dünyanın ən zəgin 2-ci adamı “Microsoft”un keçmiş rəhbəri Bill Geyts (94,2 milyard dollar) yer tutur.
“Bloomberg”ə görə Zukerberqin sərvətinin artması Faceook aksiyalarının 2,1% əlavə dəyər qazanması ilə bağlıdır.