Modern.az

Yanğın zonasından 3200 nəfər evakuasiya edildi

Yanğın zonasından 3200 nəfər evakuasiya edildi

Dünya

8 İyul 2018, 00:41

Kaliforniya ştatının Santa Barbara vilayətinin Goleta şəhəri yaxınlığında baş verən yanğın nəticəsində ən azı 3 200 nəfər evakuasiya edilib.  Modern.az xəbər verir ki, bu barədə “Santa Barbara Independent” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, rekord yüksək hava temperaturu və külək səbəbindən bölgədə baş verən yanğın 25-30 hektar əraziyə yayılıb. Xilasedicilər yanğının 5%-ni lokallaşdırmağa müvəffəq olublar. Evlər, tikililər və binalar da daxil olmaqla təxminən 20 bina dağıdılıb. Sahədə 350 xilasetmə briqadası və 4 helikopter var.

 

Verilən xəbərə görə, yerli saatla təxminən 1:00-da bölgənin fövqəladə vəziyyət və xilasetmə xidməti regional səviyyədə fövqəladə rejim elan edib. Xəsarət alan və ölən yoxdur.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım