Moskvanın "Spartak" futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından getdiyini bildirib.
Modern.az-ın məlumatına görə, futbolçu bildirib ki, dünya çempionatında 1/4 final mərhələsinin Xorvatiyaya qarşı matçı onun üçün son qarşılaşma olub. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.
Hazırda Səmədovun 33 yaşı var.