Modern.az

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - YENİLƏNİB

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - YENİLƏNİB

8 İyul 2018, 09:30

 

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, təbii hadisə zamanı həmçinin azı 48 nəfər itkin düşüb. Xilasedicilər ölkənin özünümüdafiə qüvvələrinin dəstəyi ilə sübh tezdən axtarış əməliyyatlarını davam etdiriblər.

Yaponiyanın baş naziri Sindzo Abe hökumətin təcili iclasını keçirib. İclasda ölkədə yaranmış ağır vəziyyət müzakirə edilib.

"İndi biz zamanla mübarizə aparırıq, insanların çoxunun təhlükəsizliyinə isə indiyədək zəmanət verilməyib. Bütün qüvvələri insanların xilasına yönəltmək lazımdır", - deyə Abe vurğulayıb. (report)

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU