Modern.az

Tikinti materiallarının istehsalı 12,4 faiz artıb

Tikinti materiallarının istehsalı 12,4 faiz artıb

8 İyul 2018, 16:56
 
Bu ilin yanvar-may aylarında Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 12,4 faiz artaraq 179,5 milyon manat olub.

Bakı  Şəhər Statistika İdarəsindən Modern.az-a  verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 2,0 dəfə, tikinti əhənginin istehsalı 31,7 faiz, sementin istehsalı isə 18,3 faiz artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU