Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibini açıqlanıb. Modern.az xəbər verir ki, siyahını canlı yayımda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan elan edib.
Türkiyədə yeni idarəetmə sisteminə keçid əsasında formalaşan hökumət strukturunda ixtisar və birləşmələr mövcuddur. Bunun sayəsində nazirlərin sayı 16-ya endirilib. Bir vitse-prezident müavini ştatı yaradılıb. Bundan başqa, yeni kabinetdə təmsil olunanların əksəriyyəti yeni namizədlərdir. Hökumətin tərkibində iki qadın nazir təmsil olunur.
Qeyd edək ki, iyulun 9-dan etibarən Türkiyə Respublikası prezident üsul-idarəli hökumət sisteminə qədəm qoyub.
Yeni sistemin Nazirlər Kabinetinin tərkibi:
Vitse-prezident: Fuad Oqtay
Ədliyyə naziri: Abdulhamit Gül
Xarici işlər naziri: Mevlüt Çavuşoğlu
Daxili işlər naziri: Süleyman Soylu
Mədəniyyət və turizm naziri: Mehmet Ersoy
Milli təhsil naziri: Ziya Selcuk
Milli müdafiə naziri: Hulusi Akar
Enerji və təbii sərvətlər naziri: Fatih Dönmez
Gənclik və idman naziri: Mehmet Kasapoğlu
Xəzinə və maliyyə naziri: Berat Albayrak
İş, sosial xidmətlər və ailə naziri: Zehra Zümrüd Selcuk
Ətraf mühit və şəhərsalma naziri: Murad Kurum
Səhiyyə naziri: Fahrettin Koca
Sənaye və texnologiya naziri: Mustafa Varank
Nəqliyyat və infrastruktur naziri: Mehmet Cahit Turhan
Kənd təsərrüfatı və meşə naziri: Bekir Pakdemirli
Ticarət naziri: Ruhsar Pekcan