Modern.az

Türkiyə Azərbaycandakı səfirliyi qalmaqalla bağlı açıqlama yaydı

Türkiyə Azərbaycandakı səfirliyi qalmaqalla bağlı açıqlama yaydı

Təhsil

16 Sentyabr 2011, 14:24

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan mediasında səfirliyin mətbuat müşavirliyi ilə bağlı çıxan xəbərlərlə əlaqədar mətbuat açıqlaması yayıb. Modern.az-a daxil olan açıqlamanı olduğu kinmi təqdim edirik:

“Mərkəzi Ankarada yerləşən Anadolu Xəbər Agentliyi Mətbuat Müşavirliyimizlə əlaqə saxlayaraq, keçən həftə bəzi Türk qəzetlərində Türk tələbələr və Türk bayrağı ilə bağlı çıxan xəbərlərlə əlaqədar, xüsusilə də xəbərlərdəki “Türk bayrağına hörmətsizlik edən hərbi attaşelərimiz var” və “Türk tələbələrə qarşı təzyiqlər” ifadələrilə bağlı müşavirimizin münasibətini öyrənmək istədi. Bu və ya buna bənzər suallarla bağlı olaraq mətbuat müşavirimiz hər hansı bir qəzetin adını çəkmədən, hər yerdə olduğu kimi Azərbaycanda da zaman-zaman bu cür xəbərlərin çıxdığını, Azərbaycanda Türk bayrağına hörmətsizlik və Türk tələbələrə təzyiq olunması kimi hallardan söhbət belə getmədiyini, eyni zamanda Azərbaycan mediasına göndərilən məktubun anonim olduğunu qeyd edərək Türkiyə mətbuatında bu cür ifadələrin qabardılmamasını məsləhət görmüşdür.

Qardaş Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün çalışan, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bütün şəxslərə və qurumlara minnətdarlığımızı bildiririk”. 

Qeyd edək ki, dünən Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirmişdi ki, «Yeni Müsavat» qəzetinin ötən həftə dərc etdiyi «Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur» başlıqlı xəbərlə əlaqədar səfirlik Türkiyənin “Anadolu” Xəbər Agentliyinə rəsmi şəkildə faksla açıqlama verib. Azərbaycanın Müdafiə Nazirliyinə göndərdiyi açıqlamada sözügedən xəbərin əsassız və həqiqətdən uzaq olduğunui bildirib.

 

"Yeni Müsavat" isə belə bir xəbər yaymadığını bəyan edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...