Azərbaycan vətəndaşlarının sovet banklarında batan əmanətlərinin qaytarılacağı artıq şübhə altındadır. Bir sıra mütəxəssilər əmanətlərəin veriləcəyinə ümidin kəsildiyini deyirlər. Səbəbini isə bu istiqamətdə heç bir addımın atılmaması ilə əlaqələndirirlər. Statistikaya görə, belə əmanət sahiblərinin 50 fazizidən çoxu artıq dünyasını dəyişib. Növbəti onillik lazımdır ki, onların hamısı dünyalarını dəyişsinlər və bundan sonra həmin əmanətləri tələb edən də olmasın.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyir ki, bu yay seçicililərlə görüşlərdə qaldırılan üç ən ciddi məsələdən biri sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı olub:
“Xüsusilə də yaşlı nəslin nümayəndələri emosional, sərt çıxışlar etdilər. Milli Məclis özünün öhdəsinə düşən istənilən məsələni yerinə yetirir. Amma sovet vaxtı banklarda qalmış əmanətlərin qaytarılması haqqında qanun layihəsi də qəbul edilməlidir. Bir neçə gün bundan qabaq İqtisadi siyasət komitəsinin iclası zamanı bu məsələ qaldırıldı. Bilrisiniz, sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi lazırlanıb təhvil verilib. Amma hələ ki bu məsələyə baxılmayıb. Bu məsələni deputat həmkarım Vahid Əhmədov qaldırdı”.
Deputat bildirib ki, onun hazlrladığı son hesabatda əmanətlərin qaytarılması üçün hər bir sovet rubluna 50 qəpik nəzərdə tutulub: “İnsanların bununla bağlı ümidi ölməsin, çünki bu gün hökümət nə qədər gecikdirsə də, o vəsait insanlara mütləq qaytarılacaq. Axı bütün postsovet məkanında olan ölkələr bu addımı atıb.
İki milyon adamın tənqidini neytrallaşdırmaq, onların münasibətini bu hökümətə müsbət münasibətə çevirmək daha yaxşıdır. Onsuz da hökümət bunu qaytarmalıdır. Görüşlərdə olan zaman insanlar da qeyd edir ki, bunlar hamısı halal zəhmətlə qazanılmış pullardır. Bunu necə qaytarmamaq olar?”
1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.
Sədaqət SÜLEYMANOVA