Modern.az

Qarabağ veteranı xalqa müraciət etdi: “Bizim üçün töküləcək bir qan var”  

Qarabağ veteranı xalqa müraciət etdi: “Bizim üçün töküləcək bir qan var”   

11 İyul 2018, 12:02

Qarabağ müharibəsi veteranı, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Əlisoy Gəncə hadisələrilə gözlənilən təxribatın qarşısının ala bilmədiyimizə təəssüf edib.


Bu barədə Modern.az-a danışan keçmiş döyüşçü təxribatlarda hamının günahının olduğunu deyib:

“Sosial şəbəkələrdə saxta profillərlə gəncəliləri mitinqə çağırırdılar. Göz görə-görə biz susduq, təxribatların qarşısını ala bilmədik. Televiziyalarımız nüfuzlu din xadimlərini, ziyalıları, partiya liderlərini efirə dəvət edib insanları bu təxribatlardan çəkindirməliydi. Amma hamısı səhərdən axşama kimi çal-çağır verirdi. Bu iğtişaşların günahı hamımızdadır, bu qan hamımızın üstündədir”.

O, bu hadisələrin təkrarlanmaması üçün Gəncə sakinlərinə, xalqa müraciət edib:

“Bizim bir düşmənimiz, töküləcək bir qan var. O da erməni qanıdır. Bir birimizin qanını tökməyək”.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir