Modern.az

Brüsseldə NATO-nun 29-cu sammiti başlayıb

Brüsseldə NATO-nun 29-cu sammiti başlayıb

11 İyul 2018, 14:01

Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti başlayıb.

Modern.az-ın məlumatına görə, sammitdə  54 rəsmi nümayəndə heyəti iştirak edir.

Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.

Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verəcək, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq verəcəklər.

İyulun 12-də Gürcüstan və Ukrayna rəhbərliyi ilə görüşdə regional çağırışlar müzakirə olunacaq.

Sammit tərəfdaş ölkələrin iştirakı ilə Əfqanıstan üzrə görüşlə yekunlaşacaq. Bu görüşdə NATO ölkələrinin liderləri ilə yanaşı, NATO-nun "Qətiyyətli dəstək" missiyasi üzrə tərəfdaşları da istirak edəcək. Sammit iştirakçılarının 2020-ci ildən sonra əfqan qüvvələrinin maliyyələşməsini artırmağa razı olacaqları da gözlənilir.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər