Modern.az

Erməni hakerlər Qarabağ Fondunun saytını dağıdıblar

Erməni hakerlər Qarabağ Fondunun saytını dağıdıblar

Qarabağ

16 Sentyabr 2011, 17:12

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun www.karabakhfoundation.org ünvanında yerləşən veb səhifəsi haker hücumuna məruz qalıb. DDOS hücum nəticəsində Fondun saytı tamami ilə dağıdılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, haker hücumu Ermənistan ərazisindən həyata keçirilib. Qısa müddət ərzində fondun səhifəsi işini bərpa edib. Yenidən haker hücumu gözlənildiyi üçün Fondun texniki təhcizat şöbəsi gücləndirilmiş iş rejiminə keçib. Qeyd olunmalıdır ki, son zamanlar Qarabağ Fondu dəfələrlə Ermənistan mətbuatında tənqid atəşinə tutulur.  
Məlumat Modern.az saytına ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondundan verilib.

Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal