Modern.az

Deputat Türkiyədə II Böyük Rumeli Balkan tədbirində iştirak edir

Deputat Türkiyədə II Böyük Rumeli Balkan tədbirində iştirak edir

Təhsil

17 Sentyabr 2011, 18:56

Milli Məclisin deputatı Qənirə Paşayeva Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Böyük Rumeli Balkan adlı tədbirdə iştirak etmək üçün sentyabrın 17-18-də Türkiyənin Bursa şəhərində səfərdə olacaq.
Bursanın Atatürk stadionunda türkdilli ölkələrin milllət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalılarının və elm adamlarının iştirakı ilə keçiriləcək bu tədbirdə Qənirə Paşayeva çıxış edəcək. 
Deputat öz çıxışında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü, bu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları barədə geniş məlumat verəcək, türkdilli ölkələrin problemlərinin həllində daha sıx birləşmənin vacibliyindən danışacaq.
Səfər çərçivəsində Qənirə Paşayevanın türkdilli ölkələrdən olan millət vəkilləri və hökumət nümayəndələri ilə görüşləri, həmçinin ölkə televiziyalarına və mətbuatına müsahibələri də nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...