“AVRONEST PA-nın ilk sessiyası çox gərgin keçdi”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın AVRONEST PA-dakı nümayəndə heyətinin üzvü, bu qurumun komitə sədri deputat Fuad Muradov deyib.
O, bildirib ki, Avropa Parlamenti üzvləri və keçmiş SSSRİ-nin 5 ölkəsinin parlamentariləri regionun problemlərini və inkişaf məsələlərini ilk dəfə birlikdə müzakirə ediblər: “Mənim fikrimcə, Avropa Parlamentinin deputatları ermənilərin haqsız olduqlarını ilk dəfə idi ki,öz gözləri ilə gördülər. Ən əsası, Azərbaycanın regionda lider dövlət olması bir daha sübut olundu və AVRONEST PA-nın ikinci sessiyasının ənənəvi şəhərlərdə deyil, Bakıda keçirilməsi qərara alındı”.
Qeyd edək ki, sentyabrın 14-15-də Strasburqda AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçirilib.
Modern.az