Modern.az

Namiq Abbasov tədbir keçirib

Namiq Abbasov tədbir keçirib

Təhsil

19 Sentyabr 2011, 09:54

Ölkəmizin Özbəkistandakı səfirliyi və  Özbəkistanın  Fond Forumu Milli Sənətlər Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş “Azərbaycan günü” adlı  təntənəli mərasim keçirib.

Tədbirdə Özbəkistan xarici işlər nazirinin müavini Baxtiyor İslamov, ölkə rəsmiləri, Daşkənddə akkreditə olunmuş xarici nümayəndəliklərin və beynəlxalq təkilatların rəhbərləri, özbək ziyalıları, Azərbaycan diasporunun fəalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov müasir və müstəqil Respublikamızın 20 il ərzində keçdiyi sürətli inkişaf yolundan danışıb.
Özbəkistanın xarici dövlətlərlə dostluq cəmiyyətləri Şurasının sədri akademik Saidaxror Qulyamov Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafını yüksək qiymətləndirib. Milli Sənətlər Mərkəzinin direktoru Elmira Əhmədova mərkəzdə müxtəlif millətlərin mədəniyyət günlərinin keçiriləcəyini bildirərək, məhz Azərbaycan gününün birinci olaraq keçirilməsinin xüsusi vurğulayıb.

Tədbirdə müstəqil Azərbaycanın inkişafını, Azərbaycan xalqının 1991-2011-ci illər ərzində nailiyyətlərini nümayiş etdirən fotomateriallardan, çap məhsullarından və eksponatlardan ibarət tematik ekspoziyisaların açılışı olub.  İki respublika arasında münasibətlərin müasir mərhələdə inkişafına həsr edilmş “Dostluğumuz əbədidir”,“Azərbaycan Respublikasının dövlətçilik rəmzləri” ekspozisiyasıyaları da tədbir iştirakçılarının marağına səbəb olub.
“Azərbaycanın paytaxtı-dünən, bu gün, sabah” ekspozisiyası qonaqlara tarixin müasirlik ilə sıx qovuşduğu Xəzər sahilindəki Bakı şəhərini təqdim edib. Azərbaycanın ənənəvi və müasir mədəniyyətini əks etdirən  “Azərbaycan xalçası” sərgisində  əl işi olan 40-a yaxın nadir xalça nümayiş edirilib. “Azərbaycanın milli musiqi alətləri” sərgisində çoxəsrlik təşəkkül yolu keçmiş və Azərbaycan musiqisini dünyaya tanıtmış simli, nəfəsli, zərb alətləri nümayiş olunub.

“Rəssam Səttar Bəhlulzadə” sərgisində Azərbaycanın Xalq rəssamı, Azərbaycan rəngkarlığında lirik mənzərə janrının banisi Səttar Bəhlulzadənin rəngli boya və qrafika əsərləri nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlar Azərbaycan milli şirniyyatları və içkilərindən ibarət furşetə dəvət olunublar.  Tamaşaçıların böyük diqqətinə səbəb olmuş sərgilər sentyabrın 23-dək fəaliyət göstərəcək.

Ləman Ağayeva
Daşkənd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...