Modern.az

Deputat rayonda növbəti qəbul günü keçirib

Deputat rayonda növbəti qəbul günü keçirib

19 Sentyabr 2011, 10:14

Sentyabrın 15-də Milli Məclisin deputatı Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Deputatın qərargahından Modern.az-a bildirilib ki, N.Aslanovun İsmayıllı rayonunda yerələşən ofisində qəbula gəlmiş seçicilərin qaldırdığı əsas məsələlər sosial yönümlü olub. Deputat bu məsələlər barədə müvafiq strukturlara müraciət edəcəyini bildirib.

“Məlumat üçün bildirək ki, deputatın rayon mərkəzindəki ofisində və kəndlərdə qəbulu davam edir. Müəyyənləşdirilmiş qrafik üzrə hər həftənin dördüncü günü müntəzəm olaraq seçicilərin qəbulu təşkil edilir və bu günə kimi 33 belə qəbul keçirilmişdir”-deyə qərargahdan bildirilib.



Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı