“Mətbuat Şurasının İdarə Heyətinin bu gün saat 15:00-da keçiriləcək iclasında müxtəlif məsələlərə baxılacaq. Onlardan biri də komissiyaların qərarlarının qəbulu, o cümlədən yəni “Xural” qəzeti ilə bağlı olacaq”.
Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, həmin iclasda İdarə Heyətinin qərarından sonra deyilən fikirlərə münasibət bildirəcək:
“İclasdan əvvəl mən sizə bir söz desəm, tərəfkeş ola bilərəm. İdarə heyəti nə qərar qəbul etsə, ondan sonra Mətbuat Şurasının sədri səlahiyyətli olaraq deyilən fikirlərə münasibət bildiricək”.
Qeyd edək ki, “Xural” qəzetinin Mətbuat Şurasının “qara siyahısı”na salınması ilə bağlı qəzetin baş redaktoru Əvəz Zeynallı MŞ-nın belə yetkiyə sahib olmadığını, qurumun QHT olduğunu bildirib.
Aytən ƏLİYEVA