Modern.az

Bakıda buludlu hava şəraiti davam edəcək, yağış yağacaq

Bakıda buludlu hava şəraiti davam edəcək, yağış yağacaq

Təhsil

19 Sentyabr 2011, 12:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 20-də arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...