Gədəbəy rayonunun Düzyurd kəndinin qidadan kütləvi zəhərlənmə baş verib. Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi xəbər verib.
Məlumata görə, sentyabrın 18-də, Gədəbəy rayonunun Düzyurd kəndin 8 nəfər sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar. Araşdırmalar zamanı onların 3 gün əvvəl tarixdə həmin kənddə keçirilmiş toy məclisindən qalmış xörəyi yemələri nəticəsində zəhərlənmələri müəyyən edilib.
Modern.az