Modern.az

Çingiz Qənizadə Rövnəq Abdullayevə niyə minnətdarlıq edib?

Çingiz Qənizadə Rövnəq Abdullayevə niyə minnətdarlıq edib?

Təhsil

19 Sentyabr 2011, 13:16

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Çingiz Qənizadə İmişli rayonunun Şahverdilər kəndində yeni inşa edilmiş müasir tipli 220 şagirdin təhsil ala biləcəyi, şəhid Fikrət Cəbrayılov adına tam orta məktəbin açılışında iştirak edib.

Deputatın qərargahından verilən məlumata görə, İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevlə birlikdə açılış lentini kəsən millət vəkili şagird və müəllimləri, valideynləri təbrik edib, həmçinin ölkədə gedən quruculuq işləri çərçivəsində həyata keçirilən layihələr, respublikanın təhsil müəssisələrinin əsaslı təmiri və tikinti işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ç.Qənizadə Beyləqan rayonunun qəsəbə tipli ən böyük kəndlərindən biri, 1200 təsərrüfatı və 7 minə yaxın sakini olan Dünyamalılar kəndinə təbii qazın verilməsi ilə bağlı keçirilmiş tədbirdə də iştirak edib. Tədbirdə çıxış edən millət vəkili “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi, o cümlədən cənab Prezident İlham Əliyevin 2012-ci ilin sonlarınadək Azərbaycanın bütün bölgələrinin qazlaşdırılması istəyi və siyasəti haqqında danışaraq Dünyamalılar kəndinin qazlaşdırılmasının da həmin siyasətin tərkib hissəsi olduğunu qeyd edib. Millət vəkili öz çıxışında kəndə təbii qazın  çəkilməsi işlərini 3 ay müddətində başa çatdıran “Azəriqaz”ın və Dövlət Neft Şirkətinin rəhbərliyinə  də minnətdarlığını bildirib.

Tədbirin sonunda Beyləqan rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev və millət vəkili Çingiz Qənizadə Dövlət Neft Şirkətinin nümayəndəsi ilə birlikdə qəsəbənin mərkəzində təbii qazın verilməsinin rəmzi əlaməti olaraq quraşdırılmış məşəli yandırıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...