Sentyabrın 17-nə keçən gecə İsmayıllı rayonunun Basqal kəndində, "Beynəlxalq" Banka məxsus bankomatın qapısını qaynaqla kəsmək yolu ilə oradan 70.600 manat oğurlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin əməliyyat-axtarış tədbirləri İsmayıllı RPŞ tərəfindən aparılır. Oğrular hələki tapılmayıb.
Modern.az