Modern.az

Deputat magistrlərə hərbi xidmətdən möhlət istəyib

Deputat  magistrlərə hərbi xidmətdən möhlət istəyib

Təhsil

19 Sentyabr 2011, 13:41

Bu gün Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclası keçirilib.  Komitədə yaz sessiyası dövründə görülən işlər barədə hesabat verilib. Ardınca payız sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.

Serbiya ilə ölkəmiz arasında fövqəladə hallar sahəsində əməkdaşlıq barədə saziş plenar iclasa tövsiyə edilib.

APA-nın məlumatına görə isə deputat Zahid Oruc  “İnformasiya təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsinin vacibliyini irəli sürüb.

O, həmçinin ali təhsil müəssisələrinin üst pillələrində təhsil alanlara möhlət hüququnun verilməsinə dair məsələnin də qanunvericiliyə salınması təşəbbüsü ilə çıxış edimb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...