Modern.az

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

18 İyul 2018, 20:02

“Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə çalışır. İşğal olunan ərazilərimiz azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyətə başlamasının 20 illik yubleyinə həsr olunan tədbirdə bildirib.

 

F.Ələsgərov bildirib ki, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan tapşırıqları yerinə yetirib: “ANAMA 1998-ci il 18 iyul tarixində ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  gərgin görüşlərin getdiyi zaman geri qayıdacaq məcburi köçkünlərin təhlülkəsizliyini düşünərək bu istiqamətdə tədbirlər görüldü. Fəaliyyət göstərdiyi iyirmi il ərzində ANAMA qarşısına qoyulam bütün tapşırıqları uğurla həyata yerinə yetirib, sıralarına peşəkar kadrlar cəlb edib və maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunun  Cocuqmərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3.5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurmuş, qarşılıqlı təcrübə mübadələsi aparıb. Agentlik yalnız Azərbaycan ərazisində deyil, başqa ölkələrin ərazisində də əməıiyyatlara cəlb edilməsi onun əməkdaşlarının peşəkarlığının göstəricisdir. Minalardan təmizləmə peşəsinin sahibləri əksər hallarda öz həyat və sağlamlıqlarını təhlükə altına ataraq, şərəfli və humanist vəzifələrini icra edirlər. Onların fəaliyyətinə ölkə rəhbərliyi tərədindən xüsusi diqqət ayırılır. Agentliyin maddi-texniki bazası daim gücləndirilir. İşğal olunan ərazilərimiz azad olunduqdan sonra ANAMA-nın da üzərinə böyük iş düşəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!