Türkiyənin hərbi gəmiləri Şimali Kipr sahillərində təxminən 30 kilometr aralıda batmaqda olan gəminin köməyinə cəlb olunub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib. Vəziyyəti ağır olanlar hərbi helikopterlərlə Şimali Kipin Girnə şəhərindəki xəstəxanaya daşınıb.
Axtarış nəticəsində 19 cəsəd tapılıb. Təxminən 25 nəfərin axtarışı davam edir.