Modern.az

Müharibə ehtimalı artır

Müharibə ehtimalı artır

Təhsil

20 Sentyabr 2011, 10:35

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az saytına verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.00-dan 23.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 22.05-dən 22.15-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.05-dən 22.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.20-dən 22.30-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 11.15-dən 11.20-dək və sentyabrın 20-də 04.40-dan 05.00-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 04.40-dan 05.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...