Modern.az

İranda terrorçu dəstə zərərsizləşdirildi

İranda terrorçu dəstə zərərsizləşdirildi

19 İyul 2018, 22:04

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) Kirmanşah vilayətində böyük terrorçu dəstəni zərərsizləşdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xarici ölkələrdən Kirmanşah vilayətinə toplaşan terrorçuların məqsədi İranda terror aksiyaları törətməkdən ibarət olub.

Aparılan müşahidələr zamanı müəyyən edilib ki, terrorçular gizli yollarla İrana silah-sursat keçirərək dövlətin konstitusiya quruluşunu sarsıtmağa cəhd göstəriblər. Həyata keçirilən əməliyyat zamanı meydana çıxan silahlı toqquşmada terrorçular məhv edilib və onlara məxsus silah-sursat və digər ləvazimatlar müsadirə edilib. Bir nəfər terrorçu yaxalanıb. Hazırda istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU