Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Yunanıstan səfiri Andreas Friqanasa qəti etirazını bildirib.
Modern.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, etiraza səbəb Yunanıstanda Rusiya diplomatları ilə bağlı məsələ və rəsmi Afinanın antirusiya bəyanatları olub.
Səfir nazirliyə çağırılaraq ona qəti etiraz notası Təqdim edilib.
Qeyd edək ki, son zamanlar Yunanıstandan iki Rusiya diplomatı deportasiya edilib və daha iki Rusiya vətəndaşına bu ölkəyə giriş qadağası tətbiq edilib.
Əvəz ZEYNALOV