Kater qəzasında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatındakı Teybl Rok gölündə gəzinti zamanı baş verən hadisə nəticəsində 17 nəfər ölüb.
Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu qeyd edilirdi. Dairənin şerifi Staoun bildirib ki, ölənlərin sayı daha 4 nəfərin cəsədinin tapılmasından sonra artıb. Onlar itkin düşmüş sayılırdı.
Hadisə zamanı katerdə olan daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir.
Qəzaya uğrayan katerin içində 31 nəfər olub. Hadisəyə güclü küləyin səbəb olduğu fırtına ehtimal edilir.