ATƏT-in Parlament Assambleyasının oktyabrın 8-də keçiriləcək payız sessiyasında “Həll olunmamış münaqişələrdə ATƏT-in rolu - Dağlıq Qarabağ” mövzusunda müzakirələr aparılacaq. Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndələri iştirak edəcək, həmsədrlərin məruzələri dinləniləcək. ATƏT-in Parlament Assambleyasının iclaslarında Dağlıq Qarabağda qondarma bələdiyyə seçkiləri ilə bağlı Azərbaycanın mövqeyi də səsləndiriləcək.
Modern.az