Bu gün Milli Məclisin Aqrar siyasət komitəsi qanunvericilik işlər planını təsdiqləyib. Komitədən Modern.az saytına verilən məlumata görə, onların qanunvericilik işlər planına iki məsələ daxil edilib:
“Kənd təsərrüfatı kooperasiyaları haqqında” və “Mədəni bitkilərin genetik ehtiyatlarının modifikasiyası və səmərəli istifadəsi haqqında” qanun layihələri.
Modern.az