Modern.az

İsrail ordusu Suriyanı bombaladı

İsrail ordusu Suriyanı bombaladı

Dünya

23 İyul 2018, 00:39

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Masəf şəhərinə hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hava zərbələri nəticəsində şəhərə yalnız maddi ziyan dəyib.

 

İsrail hərbçiləri qonşu ölkənin ərazilərinə mütəmadi zərbələr endirirlər. Suriya ordusunun mövqeləri sonuncu dəfə iyulun 16-da hücumlara məruz qalıb. Bu, Neyrab hava bazasından şimalda baş verib.

 

İyulun 12-də endirilən hava zərbələrinin hədəfi isə hökumət qüvvələrinin Kuneytr vilayətindəki hərbi obyektləri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB