Modern.az

Sabiq prezident öldürülüb

Sabiq prezident öldürülüb

Təhsil

20 Sentyabr 2011, 22:12

Əfqanistan paytaxtı Kabulda baş vermiş partlayış nəticəsində bu ölkənin keçmiş prezidenti Bürhanəddin Rəbbani öldürülüb.

Bürhanəddin Rəbbani Əfqanistanda sülhün bərqərar olunmasına səy göstərən Ali Barışıq Şurasına sədrlik edirdi.

Bürhanəddin Rəbbani bomba partlayışı nətyicəsindəKabuldakı evində öldürülüb.

Rəsmilərin bildirdiyinə görə, partlayış baş verən zamanı Burhanəddin Rəbbani evində Talibanın 2 nümayəndəsi ilə görüş keçirirmiş.

Həmin 2 Taliban nümayəndəsinin hücuma qatılıb-qatılmadıqları məlum deyil.

Ali Barışıq Şurası Əfqanistanda Taliban ilə sülh danışıqlarının aparılması səylərinə rəhbərlik edir.

Bürhanəddin Rəbbani Əfqanistanın keçmiş prezidentdidir və ölkənin aparıcı siyasi müxalifətinə rəhbərlik edib.

BBC-nin xəbərinə görə, rəsmən təsdiqlənməmiş məlumatlara əsasən, o intiharçınım hücumu nəticəsində həlak ola bilərdi.

Ali Barışıq Şurası yaradılanda Əfqanıstan prezidenti Həmid Karzay bunu Əfqan xalqı üçün böyük bir ümid nöqtəsi kimi qiymətləndirərək Talibanı bu imkandan istifadə etməyə və sülhün bərqərar olunmasına dəstək verməyə çağırmışdı.

Lakin Şura üzvlərinin çoxu müharibə dövründə səhra komandirləri olmuşdular və uzun illər ərzində Taliban əleyhinə vuruşublar.

Həmin şəxslərin Şura tərkibinə daxil edilməsi sülhyaradıcı missiyanın müvəffəqiyyətli ola bilməsinə dair şübhələr yaradırdı.

Bu yaxınlarda Rəbbani İranda keçirilmiş dini konfransda çıxış etmişdi və İslam dünyasının alimlərini intiharçı hücumlara qarşı səs ucaltmağa çağırmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...