Modern.az

Ərdoğan Obama ilə görüşdə nələrdən danışıb?

Ərdoğan Obama ilə görüşdə nələrdən danışıb?

Təhsil

21 Sentyabr 2011, 08:23


BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-York-da olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən gecə ABŞ prezidenti Barak Obama ilə görüşüb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Waldorf Astoria otelinin 36-cı qatında keçirilən görüşmə təxminən 1.5 saat davam edib.

Görüş ərəfəsində açıqlama verən Ərdoğan "terrorla mübarizəni birlikdə aparacağıq, gərəkirsə texnoloji nöqtədə, gərəksə planlama nöqtəsində müştərək atmamız lazım olan addımlar var. Terror təşkilatlarına qarşı müştərək addımlarımız bundan sonra da davam edəcək'' deyib.

ABŞ prezidenti Barak Obama Ankarada dünən törədilən terror hücumunda 3 adamın həyatını itirməsi ilə əlaqədar Ərdoğana başsağlığı verib.

"Türkiyə və ABŞ çox güclü ortaqlardır" deyən Obama, güclü ortaqlar olaraq terrorla mübarizə işlərinə davam ediləcəyini vurğulayıb

Türkiyənin ABŞ-ın bir NATO müttəfiqi, eyni zamanda da son dərəcə yaxşı bir dost ölkə olduğunu deyən Obama iki ölkənin dəyişik mövzularda, eləcə də Əfqanıstanda əməkdaşlığından ötəri təşəkkür edib.

Obama Liviyanın azadlığı istiqamətində də əməkdaşlıq etdiklərini söyləyib.

Barak Obama Ərdoğanın sərgilədiyi liderlik, demokratiyaya olan çalışmaları səbəbiylə ilə ona təşəkkür etmək istədiyini söyləyib.

Ərdoğan Obama ilə görüşməsinin ardından yerləşdiyi “Peninsula” oteldə mətbuat konfransı təşkil edib.

Baş nazir ABŞ prezidenti ilə görüşməsində müxtəlif məsələlərə toxunulduğunu, İsrail-Fələstin mövzusunun müzakirə edildiyini qeyd edib. Ərdoğan terrorla mübarizə mövzusunda da “bizim PKK ilə mübarizə istiqamətli olaraq ABŞ-a verdiyimiz bir tələblər siyahısı var'' deyib.

Suriya rəhbərliyiylə görüşmələrini özünün kəsdiyini ifadə edən Ərdoğan "bu nöqtəyə gəlməyi heç arzu etməzdik, amma çox təəssüf ki, Suriya rəhbərliyi bizi belə bir qərar alma nöqtəsinə gətirmişdir'' –deyə vurğulayıb.

Ərdoğan İsrail mövzusunda danışarkən bildirib ki, “İsrail, üzr istəmədikcə, təzminat ödəmədikcə, Qəzzaya embarqo qalxmadıqca, münasibətərin normallaşması mümkün deyil''.

Ərdoğan Obama ilə görüşdə Şimali Kipr məsələsini də müzakirə edib:
”Şimal Kipr Türk xalqının orada haqları vardır. Biz bir təminat ölkəsi olaraq oradakı Türklərin bu haqlarını qoruma nöqtəsində əlimizdən gələn hər cür dəstəyi verəcəyimizi açıqladıq. Ada ətrafında neft axtarışı işlərinə bizlər də qatılacağıq. Orada bu axtarışın içərisinə biz də girəcəyik, bu anda onsuz da bölgədə hücum botlarımız, freqatlarımız da orada gəzirlər. Oradakı bu işlər üçün hazırlıqlar görülür. Türk araşdırma gəmisi də sürətlə bölgəyə göndəriləcək''.

Baş nazir Ərdoğan, Somali ilə əlaqədar mövzunun da ABŞ prezidenti ilə görüşmədə gündəmə gətirildiyini ifadə edib. Onun sözlərinə görə, görüşdə Somali xalqına birlikdə dəstək vermənin gücləndirilməsinin məqsədəuyğun olması olması vurğulanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...