Modern.az

Tramp xüsusi prokurora ifadə vermək üçün şərt kəsdi

Tramp xüsusi prokurora ifadə vermək üçün şərt kəsdi

24 İyul 2018, 11:52

ABŞ prezidenti Donald Tramp Rusiyanın seçkilərə müdaxiləsi işi üzrə xüsusi prokuror Robert Müllerin suallarına bir şərtlə cavab verməyə hazır olduğunu bildirib.

 

Modern.az Blomberg nəşrinə istinadən xəbər verir ki, Tramp yalnız sualların 2016-cı ildə seçkilər zamanı onun Rusiya ilə əlaqələrinə aid olduğu təqdirdə buna razı olacaq.

Bu barədə ABŞ prezidentinin vəkili Rudolf Culiani bəyanat verib.

 

Cavabında Tramp Müllerdən ona 2016-cı ildə Rusiyanın seçkilərə müdaxiləsi məsələsində Amerika ədalətinə maneə törədilməsi mövzusunda sual verməsini tələb edib.

Prezidentin vəkili Culianı bun tələbin xüsusi prokurorun şahidlərin ifadəsinə inanması üçün olduğunu qeyd edib.

 

Xatırladaq ki, Federal Tədqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komi bu iş üzrə Müllerə artıq ifadə verib.

Qeyd edək ki, nəşrin məlumatına görə xüsusi prokuror Müller hələ ki, Trampın təklifinə münasibət bildirməyib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU