Modern.az

Zooparkda eşşəkləri zebra kimi təqdim etdilər - FOTO

Zooparkda eşşəkləri zebra kimi təqdim etdilər - FOTO

24 İyul 2018, 13:42

Qahirədə zooparklardan birində eşşəkləri zebrlər kimi boyayaraq insanları aldadıblar.

 

Modern.az “Extra News” kanalına istinadən xəbər verir ki, bu hadisəni Misirdən 9-cu sinif şagirdi Məhəmməd Sərxan telefonla qeydə alaraq sosial şəbəkələrə yerləşdirib.

 

Beynəlxalq parkda ekskursiya zamanı şagird zebrlərdən birinin gözünə qara rəngin axaraq töküldüyünü görüb. Bunu telefonunun kamerası vasitəsi ilə qeydə alan Məhəmməd şəkli sosial şəbəkələrdə paylaşıb.

 

Qeyd edək ki, kanalına verdiyi xəbərə görə zoopark rəhbərliyi hələ də zebrlərin həqiqi olduqlarını iddia edir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!