Ermənistanın 2-ci prezidenti Robert Koçaryan beynəlxalq axtarışa verilə bilər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əgər keçmiş prezident iyulun 26-da 1 mart 2008-ci il hadisələrinə görə, Baş Prokurorluğa ifadə verməyə gəlməsə, onun barəsində müvafiq tədbir görüləcək.
Koçaryanın mətbuat xidmətinin rəhbəri Viktor Soqomonyan isə açıqlamasında sabiq prezidentin 26 iyulda Ermənistana gələcəyini və ifadə verəcəyini söyləyib.