Milli Məclisin Daxili Əsasnaməsinə əsasən, parlamentin plenar iclasi sentyabrın 30-da başlayacaq. Milli Məclisdən Modern.az-a daxil olan məlumata görə, gündəliyə 27 məsələ daxil edilib.
Gündəlikdəki sənədlər sırasında yeni və çox maraqlı qanun layihələri də var.
Bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən Şəhərsalma və Tikinti Məcəlləsi, “Pasiyentlərin hüquqlarının qorunması haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “İstehsalçıların hüquqları haqqında”, “Təhsil krediti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və vəzifələri haqqında”, “Ali təhsil haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının modifikasiyası və səmərəli istifadəsi haqqında” qanun layihələri və s. daxildir.
Bundan başqa gündəliyə ayrı-ayrı ölkələrlə müxtəlif sazişlərin təsdiq edilməsi kimi sənədlər də daxil edilib.
Modern.az