Modern.az

Səməd Seyidov ABŞ səfirliyinin şöbə müdirinə ADU-dakı vəziyyəti anladıb

Səməd Seyidov ABŞ səfirliyinin şöbə müdirinə ADU-dakı vəziyyəti anladıb

Təhsil

21 Sentyabr 2011, 11:27

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi şöbəsinin müdiri Antoni Bairdi qəbul edib.
ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə S.Seyidov qonaqa universitetin tarixi haqqında məlumat verərək burada 14 dilin tədris olunduğunu qeyd edib. Universitetdə 5000-dən çox tələbənin təhsil aldığını qonağın nəzərinə çatdiran rektor ADU-nun  imkanlarından və təhsil sahəsindəki nailiyyətlərindən də danışıb.

S. Seyidov ABŞ ilə mövcud olan əlaqələrdən danışıb. Bu yaxınlarda ADU-ya yay məktəbinə gələn amerikanlı tələbələrin bu müddət ərzində Azərbaycan dilini, tarixini, mədəniyyətini, musiqisini öyrəndiklərini qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi şöbəsinin müdiri Antoni Baird də öz növbəsində Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu qeyd edib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...