Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında Al-Ariş şəhərində xüsusi əməliyyat zamanı 13 terrorçunu zərərsizləşdiriblər. Modern.az xəbər verir ki, bu barədə “Youm7” xəbər portalı məlumat yayıb.
Məlumata görə, xüsusi əməliyyat Al-Ariş şəhərində yaşayış evlərindən birində aparılıb. Cinayətkarlar polislərə atəş açıblar və atışma zamanı öldürülüblər.