Modern.az

40 ildir mübarizə aparan xalq muxtariyyət aldı

40 ildir mübarizə aparan xalq muxtariyyət aldı

25 İyul 2018, 00:05

Filippin parlamenti Banqsamoro rayonunun muxtariyyəti haqqında qanun qəbul edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən, moro xalqının yaşadığı rayona geniş muxtariyyət verilib. Parlament artıq muxtariyyət haqqında qanunu imzalaması üçün Filippin Prezidenti Rodriqo Duterteyə göndərib.

 

Qeyd edək ki, moro xalqı islam dininə etiqad edir. Bu xalq artıq 40 ildir ki, Filippin hökumətinə qarşı mübarizə aparır. Toqquşmalar indiyə qədər 120 min nəfərin ölümünə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU