“Yanan insanları görəndə nə edəcəyinə təəccüblənirsən”. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu Yunanıstandakı meşə yanğınlarından qaçan insanlarla görüşündən sonra Qızıl Xaç Cəmiyyətinin üzvü Yannis Markis deyib.
"Bu cür vəziyyətlərdə nə edək, insanların psixologiyasına müsbət mənada necə təsir edək? Biz bu vəziyyətlər üçün təlimlər keçmişik, ancaq bizlər də insanıq, çətinliklə qarşılaşırıq. Elə bir an olur ki, qarşında yanan insanları görməyə dözə bilmirsən. Bu, yaddaşdan silinməsi mümkün olmayan bir mənzərədir. Ruhumuzun dərinliklərini bıçaqlayır. Yanan insanların üzləri heç vaxt yaddaşımdan silinməyəcək", - Markis qeyd edib.
Qeyd edək ki, Yunanıstanda baş verən meşə yanğınlarında 74 nəfər yanaraq ölüb, 164 nəfər isə xəsarət alıb.